525.Az

Kolumbiyalı diplomat Mədəniyyət və Turizm Nazirliyində olub


 

Kolumbiyalı diplomat Mədəniyyət və Turizm Nazirliyində olub <b style="color:red"></b>

Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater Mədəniyyət və Turizm Nazirliyində bir sıra görüşlər keçirib.

Nazirlikdən bildirilib ki, ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə keçirilən görüşdə mədəniyyət sahəsində bir sıra istiqamətlərə dair əməkdaşlıq imkanları müzakirə olunub.

A.J.Gater Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən cari ilin aprelində Bakıda Müasir İncəsənət Muzeyində dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin anma mərasiminin keçirildiyini xatırladıb. Həmçinin səfirlik tərəfindən kolumbiyalı yazıçıların bir neçə əsərinin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edib.

Ə.Qarayev bu əsərlərin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təqdimat mərasiminin keçirilməsini təklif edib.

Nazir, həmçinin ölkələrimiz arasında kinofilmlərin mübadiləsi təklifini irəli sürüb. Təklifə müvafiq olaraq ispan dilində dublyaj olunmuş on filmimizin Kolumbiyada göstərilməsi və Azərbaycan dilində dublyaj olunmuş on Kolumbiya filminin Bakıda nümayişi müzakirə olunub.

Ə.Qarayev, həmçinin cari il sentyabrın 12-dən 17-dək Kolumbiyanın Medellin şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci sessiyasında nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak edəcəyini diqqətə çatdırıb.

Daha sonra Assad Jose Gater nazir müavini Nazim Səmədovla görüşüb. Görüşdə əsasən turizm sahəsində əlaqələrin genişləndirilməsi və BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasında əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq görüşlərin keçirilməsi mövzusunda müzakirələr aparılıb. Helsinkidə Azərbaycan poeziyası antologiyasının təqdimatı keçirilib.

 





29.08.2015    çap et  çap et