525.Az

Bakıda xeyriyyə məqsədli fotosərgi açılıb


 

Bakıda xeyriyyə məqsədli fotosərgi açılıb<b style="color:red"></b>

Bakıda Nuridə Qurbanovanın müxtəlif mövzulu fotolardan ibarət sərgisi təşkil edilib.

“Alovun qəlbi” adlı fotosərgini sənətsevərlər maraqla qarşılayıblar.

N.Qurbanova bildirib ki, gələcəkdə də bu tip sərgilərin təşkilini planlaşdırır.

O deyib: “Fotosərgilərlə yanaşı, üzərində işlədiyim film və kitabımın təqdimatı olacaq. Filmin təqdimatı Moskvada keçiriləcək və bu ekran əsəri beynəlxalq film festivalda nümayiş olunacaq. Çəkdiyim filmlə bağlı Azərbaycanda da film festivalı təşkil edəcəyəm”.

Sərgi konsert proqramı ilə davam edib.

Daha sonra sərgidə nümayiş olunan fotolar auksiona çıxarılıb.

Auksionda alınan fotolardan əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək.

 





29.08.2015    çap et  çap et