525.Az

Bu gün Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günüdür


 

Bu gün Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günüdür<b style="color:red"></b>

Avqustun 29-u Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi qeyd edilir.

Trend-in məlumatına görə, BMT Baş Məclisinin 2009-cu il dekabrın 2-də keçirilən 64-cü sessiyasında bu barədə qərar qəbul olunub.

Bu gün BMT-nin, dünya dövlətlərinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının nüvə sınaqlarının dayandırılması işində səylərini fəallaşdırmağa xidmət edir. BMT Baş Məclisinin qətnaməsində qeyd olunur ki, nüvə sınaqlarının insanların həyatına və sağlamlığına məhvedici və zərərli təsirinin nəticələrinin qarşısını almaq üçün bu sınaqlara son qoyulmalıdır.

Nüvə silahının yayılmaması haqqında Müqavilənin iştirakçısı olan bütün dövlətlər nüvə silahından azad dünyada təhlükəsizliyə can atmaq üçün 2010-cu ilin mayında qarşılıqlı fəaliyyət göstərmək barədə öz üzərlərinə öhdəlik götürüblər. Ölkələr nüvə sınaqlarına qadağaları “həyat əhəmiyyətli məsələ” kimi xarakterizə edirlər.

Bu gün planetin Cənub yarımkürəsi regional müqavilələr, o cümlədən Sakit okeanın cənub hissəsini əhatə edən Rarotonqa müqaviləsi, Afrikanı əhatə edən Pelindab müqaviləsi, Cənubi Asiyanı əhatə edən Banqkok müqaviləsi və Latın Amerikasını və Karib hövzəsini əhatə edən Tlatelolko müqaviləsi sayəsində nüvə sınaqlarından azad zonaya çevrilib.

Qeyd edək ki, Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü ilk dəfə 2010-cu ildə keçirilib. Hər il ayrı-ayrı ölkələrdə bu günlə bağlı müxtəlif tədbirlər keçirilir.

 





29.08.2015    çap et  çap et