525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluğun artacağı gözlənilir.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə  isti olacağı gözlənilir.
 
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.
 
Azərbaycanın bölgələrində hava şəraiti əsasən yağmursuz olacaq, axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 





30.08.2015    çap et  çap et