525.Az

Dollar və rubl bahalaşıb, avro ucuzlaşıb


 

Dollar və rubl bahalaşıb, avro ucuzlaşıb<b style="color:red"></b>

Bu gün avqustun 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 1,0480 manata yüksəlib.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0016 manat və ya 0,14% azalaraq 1,1789 manat olub.
 
Manata nəzərən Rusiya rublu 0,0002 manat və ya 1,26% bahalaşaraq 0,0161 manat olub.

 





31.08.2015    çap et  çap et