525.Az

Müşahidəçilərin seçkiləri müşahidə ilə bağlı müraciət üçün ayrılan müddət açıqlanıb


 

Müşahidəçilərin seçkiləri müşahidə ilə bağlı müraciət üçün ayrılan müddət açıqlanıb<b style="color:red"></b> Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin elan edildiyi gündən yerli və beynəlxalq müşahidəçilər müşahidə aparılmasına dair ərizələrini müvafiq olaraq Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarına təqdim etməlidirlər.
 
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşının öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında, beynəlxalq (xarici) müşahidəçilərin (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gəlib MSK-da qeydiyyatdan keçməklə)  Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini MSK-ya təqdim etmələri  üçün ayrılan müddət oktyabrın 22-də başa çatır.
 
Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşının öz təşəbbüsü ilə,  qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə oktyabrın 27-də başa çatacaq.
 





31.08.2015    çap et  çap et