525.Az

İsrafil İsrafilov yenidən Dram Teatrının direktoru vəzifəsinə təsdiqlənib


 

İsrafil İsrafilov yenidən Dram Teatrının direktoru vəzifəsinə təsdiqlənib<b style="color:red"></b> Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yenidən bu vəzifəni daşıyacaq.
 
APA-nın teatrdan əldə etdiyi məlumata görə, onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi bu gün yenilənib.
 
Qeyd edək ki, bu gün həmçinin Azərpaşa Nemətov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib və kollektivə təqdim olunub.
 
Xatırladaq ki, İ. İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.
 





01.09.2015    çap et  çap et