525.Az

Marşrut xətlərində dəyişikliklər bir həftə sonra qüvvəyə minəcək


 

Marşrut xətlərində dəyişikliklər bir həftə sonra qüvvəyə minəcək<b style="color:red"></b>

Bakıda 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.

Bu barədə Trend-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində deyiblər.

Belə ki, 1 saylı marşrut avtobusu sabahkı tarixdən yox, təqribi olaraq 6-7 gün sonra fəaliyyətə başlayacaqdır. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaqdır.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.

 





01.09.2015    çap et  çap et