525.Az

Hərbçilər qəzaya düşüb


 

Hərbçilər qəzaya düşüb

Azərbaycan paytaxtında hərbçilər yol qəzasına düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Şəfahət Mehdiyev küçəsində baş verib. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən Elçin Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəzaya “Mercedes”in işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirməsi səbəb olub. Nəticədə hərbi maşında olan bir neçə hərbi qulluqçu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





18.09.2012    çap et  çap et