525.Az

"İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq"


 

"İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq"<b style="color:red"></b> "Qarabağ Azərbaycanın qədim torpağıdır, inanıram ki, bu torpaq tez bir zamanda işğaldan azad olunacaq".

"Report"un məlumatına görə, bunu İran İslam Respublikasının tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani deyib.

O, qədim tarixə malik ölkədə - Azərbaycanda olmasından çox şad olduğunu qeyd edib:
 
"Azərbaycan Prezidenti İlham Əliyevə, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məni ölkəyə dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm".

Həmədani bildirib ki, İslam dini bərabərlik, həmrəylik dinidir:

"Mən Azərbaycanda bu bərabərliyi, həmrəyliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti əvvəlki dövrlərdən daha çox əhəmiyyət kəsb edir".
 





01.09.2015    çap et  çap et