525.Az

Prezident: “Bakı Moskva ilə münasibətləri inkişaf etdirmək niyyətindədir"


 

Prezident: “Bakı Moskva ilə münasibətləri inkişaf etdirmək niyyətindədir"<b style="color:red"></b>

“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.  
 
Azərbaycan prezidenti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Günündə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsi Bakıda çox yüksək qiymətləndirilib.

“Bu çox yüksək qiymətləndirilir. Bu bizim münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir”, deyə Azərbaycan prezidenti qeyd edib.   
 
“Bu müddət ərzində bizim nazir Moskvaya səfər edib, indi Siz buradasınız. Yəni, bu bizim münasibətlərin dinamik inkişafının göstəricisidir”.

Biz ikitərəfli xarakterli bir çox məsələləri operativ və səmərəli şəkildə həll edirik, həmçinin beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, xüsusən də, hazırkı zamanda, dünyada və bizim regionda hər şeyin belə dəyişdiyi bir dövrdə mütəmadi məsləhətləşmələr aparırıq”, deyə prezident İlham Əliyev qeyd edib.      
 
“Başqa sözlə, bu səfərlər ölkələrimiz  arasında xeyli əvvəl formalaşmış və həyatımızın, demək olar ki, bütün – siyasi, iqtisadi, enerji, humanitar sahələrini əhatə edən strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir və biz ikitərəfli münasibətlərin səmərəli  və uğurlu inkişafının davam etdirilməsində maraqlıyıq”, deyə prezident İlham Əliyev qeyd edib.

 





02.09.2015    çap et  çap et