525.Az

Bu ildən tədris ilinin müddəti artırılır


 

Bu ildən tədris ilinin müddəti artırılır<b style="color:red"></b> Bu ildən Azərbaycanın orta və ali məktəblərində tədris ilinin müddəti uzadılacaq.

Bunu APA TV-nin "Səhər zəngi" proqramında qonaq olan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
 
Onun sözlərinə görə, yeni tədris ilindən başlayaraq şagird və tələbələr iki həftə artıq tədris alacaq. Belə ki, bu ildən etibarən tədris ili mayın 31-də deyil, iyunun 14-də başa çatacaq.

Bunu etməkdə əsas məqsəd tədris yükünün azaldılması və şagird, tələbələrin öz üzərində işləməsi üçün daha çox vaxta sahib olmalarıdır.
 





02.09.2015    çap et  çap et