525.Az

2 erməni əsgəri yaralandı


 

2 erməni əsgəri yaralandı<b style="color:red"></b>

Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Ayqepar və Çinari kəndlərində sentyabrın 1-də gecə saatlarında iki erməni əsgəri yaralanıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Azərbaycan tərəfdən açılan atəş nəticəsində yaralanan hərbçilər Berd şəhərindəki hərbi hospitala aparılıblar.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan bildirib ki, yaralanan əsgərlər 1996-cı il təvəllüdlü Vladimir Qevorkyan və 1993-cü il təvəllüdlü Qor Qevorkyandır. 

 





02.09.2015    çap et  çap et