525.Az

Ukrayna MDB DİN rəhbərləri Şurasının iclasında iştirak etməyəcək


 

Ukrayna MDB DİN rəhbərləri Şurasının iclasında iştirak etməyəcək<b style="color:red"></b>

Ukrayna nümayəndələri Minskdə sentyabrın 3-də Belarus paytaxtı Minskdə keçiriləcək MDB DİN rəhbərləri Şurasının iclasında iştirak etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus DİN nümayəndəsi bildirib.
 
Qeyd edək ki, Ukraynanın baş naziri Arseni Yatsenyuk və bu ölkənin DİN rəhbəri Arsen Avakov bir müddət əvvəl Ukraynanın avqustun 24-dən MDB məkanında cinayətkarların axtarışı və onlar barədə məlumatların mübadiləsi sistemindən çıxacağını bildirmişdilər. Bunun əvəzində Ukrayna qeyd olunan sahə üzrə ikitərəfli müqavilələrin əsasında əməkdaşlıq etməyi təklif edib. 
 
Qeyd edək ki, iclasın gündəliyində MDB ölkələrinin hüquq-mühafizə qurumları arasında əməkdaşlığın prioritet məsələləri əsas yer alıb.  
 
Forum çərçivəsində, həmçinin, bir sıra ikitərəfli danışıqların aparılması nəzərdə tutulub. İclas yekun sənədlərin imzalanması ilə başa çatacaq. 

 





02.09.2015    çap et  çap et