525.Az

Kazarnovskaya Azərbaycanın xəbərdarlığına məhəl qoymadı


 

Kazarnovskaya Azərbaycanın xəbərdarlığına məhəl qoymadı <b style="color:red"></b>

İyul ayında Dağlıq Qarabağa qanunsuz səfər etməklə rəsmi Bakının etirazına səbəb olan rusiyalı müğənni Lyubov Kazarnovskaya buna məhəl qoymayaraq yenidən Xankəndinə gəlib.
 
Modern.az xəbər verir ki, opera müğənnisi ötən gün Xankəndinin mədəniyyət və gənclər sarayında konsert proqramı ilə çıxış edib. Konsert zamanı onu pianoçu Anna Krivçova, skripkaçı Alkesandr Bronveyber müşayiət edib.

Bundan başqa, italiyalı opera müğənnisi Niukola Uliveri, serbiyalı Vişnya Radoslav də konsertin iştirakçılarından olub. Lyubov Kazarnovskayanın oğlu, Moskva konservatoriyasının təlbəsi olan skripaç Andrey Rosçik də Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərdən olub. 

Dünən isə Xankəndinin mərkəzində Lyubov Kazarnovskyanın bədii rəhbərliyi altında Cüzeppe Verdinin “Rekviem” əsəri tamaşaya qoyulub. Tamaşa Ermənistanın birinci xanımı Rita Sarqsyanın təşkilatçılğı ilə baş tutub.

Konsertə Ermənistan prezidenti Serj Sarkisyan və yerli separatçıların lideri Bako Saakyan da tamaşa edib.

 





02.09.2015    çap et  çap et