525.Az

Hindistan "Google"a qarşı antiinhisar ittihamı irəli sürüb


 

Hindistan "Google"a qarşı antiinhisar ittihamı irəli sürüb<b style="color:red"></b>

Hindistanın Rəqabət məsələləri üzrə komissiyası “Google” şirkətini antiinhisar qanunvericiliyini pozulmaqda ittiham edib. Şirkətin sentyabrın 10-dək tənzimləyici orqana rəsmi cavab verəcəyi gözlənilir.

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Google”un vəziyyəti yoluna qoya bilməyəcəyi təqdirdə cərimənin məbləği şirkətin ümumi gəlirinin 10 faizini təşkil edə bilər.

"Searchengines” yazır ki, Hindistanda ABŞ şirkəti ilə bağlı antiinhisar araşdırmasına 2014-cü ilin noyabrında başlanıb və iki istiqamətdə aparılır (bazarda mövqedən sui-istifadə, "AdWords” həlləri idarəçiliyində haqsız rəqabət).

Bundan başqa, komissiya "Flipkart”, “Facebook” və digər şirkətlərə “Google”un biznes praktikası ilə bağlı sorğu göndərib. Onların hamısı ABŞ şirkətinin axtarış bazarında öz mövqeyindən sui-istifadə etməsini təsdiq ediblər.

Bu yaxınlarda Hindistan komissiyası hesabat dərc edərək araşdırmanın nəticələrinə görə “Google” şirkətinə qarşı ittiham irəli sürüb.

 





02.09.2015    çap et  çap et