525.Az

Lavrov Əliyevi “Russia Arms Expo-2015” sərgisinə dəvət edib


 

Lavrov Əliyevi “Russia Arms Expo-2015” sərgisinə dəvət edib<b style="color:red"></b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevi bu ölkədə keçiriləcək “Arms Expo-2015” sərgisinə dəvət edib.
 
APA-nın “gazetem.ru” saytına istinadən verdiyi xəbər görə, avqustun 31-də Azərbaycana səfər edən S. Lavrov prezident İlham Əliyevlə görüşündə sərgidə iştirakla bağlı dəvətnaməni təqdim edib.
 
“Biz azərbaycanlı dostlarımızın sentyabr ayında Sverdlovskda keçiriləcək və hərbi-texniki məhsullarımızın sərgilənəcəyi “Russia Arms Expo-2015” sərgisində iştirak edəcəyinə ümid edirik”, - deyə nazir söyləyib.

Qeyd edək ki, “Russia Arms Expo-2015” sərgisi 9-12 sentyabr tarixlərində Nijni Tagildə keçiriləcək.

 





02.09.2015    çap et  çap et