525.Az

Vasif Talıbov Naxçıvanda qadın nazir təyin etdi


 

Vasif Talıbov Naxçıvanda qadın nazir təyin etdi<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

525.az saytı Report-a istinadən xəbər verir ki, sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.

N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.

 





02.09.2015    çap et  çap et