525.Az

Di Mariya van Qalı günahlandırdı


 

Di Mariya van Qalı günahlandırdı<b style="color:red"></b>

PSJ-nin yeni transferi Anxel di Mariya "Mançester Yunayted"də uğursuz çıxış etməsinin səbəbini açıqlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, komandanın baş məşqçisi Lui van Qalla anlaşılmazlıqlar səbəbindən İngiltərə klubun istədiyi kimi oynaya bilmədiyini deyib:

"Van Qal ancaq onun istədiyi kimi oynamağımıza icarə verirdi. Buna görə də van Qalla anlaşılmazlıqlarımz olurdu. Yaxşı formada olduğum vaxtlarda belə oynadığım mövqeni dəyişdirirdi. Bu səbəbdən onunla mübahisə edirdim. Ancaq  yekunda qərarları van Qal verirdi".

Qeyd edək ki, di Mariya bu yay "Mançester Yunayted"dən PSJ-yə transfer olunub.

 





02.09.2015    çap et  çap et