525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
 
Bölgələrdə hava şəraiti əsasən  yağmursuz keçəcək, cənub-qərb  küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

 





02.09.2015    çap et  çap et