525.Az

Mədəniyyətlə bağlı yeni prioritetlər və yeni hədəflər müzakirə olunub


 

Mədəniyyətlə bağlı yeni prioritetlər və yeni hədəflər müzakirə olunub<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş struktura uyğun olaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni tərkibdə ilk iclası keçirilib.

Mərkəzin direktoru Asif Usubəliyevin rəhbərliyi ilə keçirilmiş ilk iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən müəssisənin qarşıya qoyduğu yeni prioritetlər, strateji hədəflər barəsində, habelə yeni təyinatlar haqqında məlumatlar verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yaradılmış şöbələrin fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifə bölgüsü müəyyən olunub və kadr təyinatları aparılıb.

Mərkəzin direktoru müəssisənin gələcək fəaliyyətinin nazirliklə sıx əlaqələndirilmiş şəkildə təşkil olunması zəruriliyini vurğulayaraq, müəyyən edilmiş prioritet vəzifələri əməkdaşların diqqətinə çatdırıb.

Mərkəzin əməkdaşlarının fəal iştirakı ilə aparılmış fikir mübadiləsi zamanı müəssisənin illik iş planı, təşkilati məsələlər, habelə görüləcək ilk tədbirlər müzakirə olunub.

 





02.09.2015    çap et  çap et