525.Az

Türkiyənin HDP-li naziri qondarma “erməni soyqırımı”nı tanıdı


 

"AVROPA İTTİFAQI ÜÇÜN BUNDAN GÖZƏL FÜRSƏT OLA BİLMƏZ"

Türkiyənin HDP-li naziri qondarma “erməni soyqırımı”nı tanıdı<b style="color:red"></b>

"Soruşan yoxdur ki, bu Qönçəyə kim "çiçək piştaxtası"nda yer verib? Avropa İttifaqı da elə bunu gözləyirdi. Ağılları olsa, "erməni soyqırımı" məsələsini dərhal gündəmə gətirərək Türkiyə hökumət təmsilçisinin dəstəyini qazanarlar".

Bu sözləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Türkiyədə təşkil olunan müvəqqəti hökumətin Avropa İttifaqı ilə əlaqələr naziri, HDP-li Əli Heydər Qönçənin keçirdiyi mətbuat konfransında saxta erməni soyqırımını tanıması barədə verdiyi bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qədər ciddi mövqeyə nazir təyin edəndə baxmırlar ki, bu Gülnazdır, yoxsa Sənəm?  F.Mustafa qeyd edib ki, bu şərəfsiz nazirdən bir türk jurnalisti də soruşmur ki, bəs Xocalıda ermənilər tərəfindən soyqırım törədildiyini qəbul edirsənmi? Millət vəkili əlavə edib ki, bu kürd adı altında gizlənmiş erməni guya bilmir ki, 1915-ci ildə Osmanlı dövlətinə xəyanətə görə sürgün edilən ermənilərin mal-mülkünü ələ keçirmək üçün kürd dəstələri öldürüblər?"

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, bu hadisə qarşısında söyləyəcək söz qalmayıb: "Dünyada erməni yalanları ilə mübarizə aparan bu qədər türk köklü alim, ziyalı, QHT, KİV və diaspor təşkilatlarının gördükləri işi Türkiyə naziri adı altında HDP-li Əli Heydər Qönçə verdiyi açıqlama ilə zərbə altına atıb.

Qardaş Türkiyənin yeni Avropa İttifaqı ilə əlaqələr naziri, HDP-li Əli Heydər Qönçə vəzifəyə gələn kimi jurnalistlərlə görüşdə onlardan birinin qondarma erməni soyqırımı haqqında sualına cavab olaraq uydurma soyqırımı "hər kəs"in tanıdığını deyib. Yetmiş milyonluq Türkiyə xalqı Qönçədən soruşmalıdır ki, "hər kəs" deyəndə o kimi nəzərdə tutub. Çünki Türkiyənin qəbul etmədiyi qondarma soyqırım haqqında "hərkəs qəbul edir" ifadəsi çox ağır ittihamdır. Biz də qəbul etmirik və Qönçənin bizim yerimizə də danışmağa haqqı yoxdur. Görün Türkiyəni Avropa Birliyi ilə əlaqələr naziri olaraq kim təmsil edir. Bu məsələdə qərəzli və ədalətsiz mövqe tutan Avropa Birliyi üçün bundan gözəl nə fürsət ola bilər. "Bizim dediklərimizi Türkiyənin Avropa Birliyi naziri də təsdiqləyir", deyəcəklər. Türkiyəyə Qönçə bundan artıq zərbə vura bilməzdi. Bu hələ iki-üç gündü nazir olub. Allah axırından qorusun. HDP-li bir nazirdən əslində bundan artıq nə gözləmək olardı ki?! Jurnalistlər bu adamdan Ermənistanın törətdiyi Xocalı Soyqırımını qəbul edib-etmədiyini, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı fikirlərini soruşsa yaxşı olar. Əminəm ki, cavablar sizi dəhşətə gətirəcək. Türkiyə xalqı bu cür insanların gerçək maraq, məqsəd və hədəflərini görməlidirlər".

Ceyhun ABASOV

 





02.09.2015    çap et  çap et