525.Az

Bakıdan Sumqayıta ilk işçi qatar yola düşüb


 

Bakıdan Sumqayıta ilk işçi qatar yola düşüb<b style="color:red"></b>

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmirinin başa çatmasıyla bu gün ilk işçi qatarı Bakıdan Sumqayıta yola düşüb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, ilk işçi qatarı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur departamenti, sərnişindaşıma, rabitə-siqnalizasiya, elektrik-təchizatı departamentinin əməkdaşları yola düşüb.
 
İşçi qatarının yola düşməkdə məqsədi yola baxış keçirtmək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırmaqdır.
 
Qeyd edək ki, artıq Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda əsaslı təmir işləri başa çatıb və sentyabrın 15-də istifadəyə veriləcəyi gözlənilir.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 2015-ci il martın 3-də start verilib. Əsaslı təmir işlərini infrastruktur departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. 

Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

 





02.09.2015    çap et  çap et