525.Az

Futbolumuzda bilmədiyiniz faktlar – ora türmə kimidir


 

Futbolumuzda bilmədiyiniz faktlar – ora türmə kimidir<b style="color:red"></b>

Futbolumuzda çoxunuzun xəbəri olmadığı faktlar var. Bunu nəzərə alıb onların bəziləri ilə sizi tanış edəcəm.

Azərbaycan millisinin futbolçuları həyata 3:0 geridə başlayırlar.

Digər futbol ölkələrindən fərqli olaraq, Azərbaycanda milliyə dəvət alan və özünü yaxşı tərəfdən göstərən oyunçu çempionatda ilk 3 yeri tuta biləcək potensiala malik klublara transfer olunur. Yox, zəif təsir bağışlayarsa, “Sumqayıt”a keçir.

Yalnız bizdə gənclərdən ibarət millimizin veteran futbolçusu ola bilər.

Əgər Azərbaycan milli komandasına yerli baş məşqçi təyin olunursa, avtomatik olaraq tərcüməçi də işə götürülür.

Azərbaycanda ən çox transfer edən komanda milli yığmamızdı.

Futbol üzrə milli komandamızda azərbaycanlı futbolçular da oynayır.

Əgər bizdə nazirlər futbol çempionatı keçirsə, liqanın adı “Seria AA” olacaq.

Azərbaycanın I Divizionu həbsxanaya bənzəyir. Girən çıxa bilmir, çıxan da bir bəhanə tapıb yenidən girir.

Rejissor Devid Finçer “Benjamin Battonun qəribə hekayəsi” filmini azərbaycanlı futbolçulara baxıb çəkib. Çünki orda da baş rol ifaçısının illər keçdikcə yaşı azalır.
Bir Azərbaycan klubu Avrokuboklarda pis çıxış edərsə deməli “bizdə futbol yoxdur”. Amma əksi baş verərsə, “bizimkilər oyunu alıb”.

Azərbaycan futbolunda bir ultras var, o da polislərdir.

Əliheydər ZEYNALZADƏ
Football24.az

 





02.09.2015    çap et  çap et