525.Az

Elazığda yol polisi idarəsinə hücum


 

Elazığda yol polisi idarəsinə hücum<b style="color:red"></b> Türkiyənin Elazığ şəhərində PKK silahlıları yerli yol polisi idarəsinə hücum edib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 polis əməkdaşı yaralanıb.
 
Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.
 





03.09.2015    çap et  çap et