525.Az

Planetlərdən birinə "Tacikistan" adı verildi


 

Planetlərdən birinə "Tacikistan" adı verildi<b style="color:red"></b>

Günəş sisteminin ən kiçik planetlərindən birinə “Tacikistan” adı verilib.

Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

Müvafiq qərar Tacikistan alimlərinin göy cisimlərinin öyrənilməsinə verdiyi töhfəyə görə Beynəlxalq Astrofiziklər Cəmiyyəti tərəfindən qəbul edilib.

Tacik alimlər bildiriblər ki, ən kiçik planet olan “Tacikistan” Mars və Yupiter planetləri arasında Yerdən 250, Günəşdən 463 milyon kilometr uzaqlıqda yerləşir. Planetin Günəş ətrafında dövretmə tezliyi 5 ildə 1 dəfədir.

 





03.09.2015    çap et  çap et