525.Az

NASA-nın elmi peykinin radarı sönüb


 

NASA-nın elmi peykinin radarı sönüb<b style="color:red"></b>

NASA-nın "SMAP" (Soil Moisture Active Passive) elmi peykinin Yer kürəsini skan edən 2 radarından biri sönüb.

Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

"Radarın sönməsi ilə bağlı yaranan çətinliklərə baxmayaraq, peyk öz işini davam etdirəcək və Yer kürəsi barədə məlumat toplayacaq", - NASA-nın məlumatında deyilir.

Qeyd edək ki, Yer kürəsi üzərində torpağın nəmişliyini müəyyənləşdirməyə malik olan peyk öz işinə may ayının 20-si başlayıb. Peykin buraxılmasına ümumilikdə 915 milyon ABŞ dolları xərclənib.

 





03.09.2015    çap et  çap et