525.Az

Qurban Qurbanov: “Prosineçki gələndən sonra millidə başqa mühit yaranıb”


 

Qurban Qurbanov: “Prosineçki gələndən sonra millidə başqa mühit yaranıb”<b style="color:red"></b>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millimizin "Avro-2016"nin seçmə mərhələsində Xorvatiya ilə bugünkü oyun öncəsi fikirlərini bildirib.

O, Qol.Az-a müsahibəsində matçı stadiondan canlı izləyəcəyini deyib. Q.Qurbanov baş məşqçi Robert Prosineçkinin gəlişindən sonra millidə başqa mühitin yarandığını bildirib:

"Millimiz həqiqətən ulduzların komandasına qarşı oynayacaq. Düşünürəm ki, Robert Prosineçki gələndən sonra komandada başqa mühit yaranıb. Futbolçularda da inam var ki, hər bir komandaya qarşı oynaya bilərlər. Asan heç nə olmur, amma bu futboldur, hər şey ola bilər. Hər birimizi bu matçda yaxşı mübarizəyə şahid olacağıq".

Q.Qurbanovun fikrincə, millinin futbolçuları uğur qazanmaq üçün əllərindən gələni edəcək:

"Robert Prosineçki üçün də maraqlı oyun olacaq. Çünki öz ölkəsinin komandasına qarşı çıxış edəcək. Komandamıza uğurlar arzulayıram".

 





03.09.2015    çap et  çap et