525.Az

Bakıda müəllimlərin dərs bölgüsünü Təhsil Nazirliyi aparır?


 

Bakıda müəllimlərin dərs bölgüsünü Təhsil Nazirliyi aparır?<b style="color:red"></b>

Yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərində müəllimlərin dərs bölgüsü Təhsil Nazirliyi tərəfindən aparılacaq.

Trend-in əldə etdiyi məlumata görə, bölgü müəllimlərin stajına uyğun tənzimlənəcək.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Arzu Tairquliyeva qeyd edib ki, dərs bölgüsü ilə əlaqədar dəyişiklik olmayıb.

Onun sözlərinə görə, əvvəllər müəllimlərin dərs bölgüsü hansı meyarlarla aparılırdısa, bu il də həmin qaydada həyata keçiriləcək: “Ümumtəhsil məktəblərində dərs bölgülərinin aparılması məktəb direktorları tərəfindən müəllimlərin Sınaq Qiymətləndirilmədə göstərdikləri nəticələri və digər obyektiv göstəriciləri nəzərə alınmaqla aparılacaq”.

 





03.09.2015    çap et  çap et