525.Az

“Həmsədrlərin ədalətsizliyi Ermənistanın çirkli əməllərinə imkan yaradır"


 

PARLAMENTARİLƏR ATƏT-in MİNSK QRUPUNU VƏ HƏMSƏDRLƏRİ YIXIB-SÜRÜDÜLƏR

“Həmsədrlərin ədalətsizliyi Ermənistanın çirkli əməllərinə imkan yaradır"<b style="color:red"></b>

"Ermənistan silahlı bölmələrinin Tərtərin Qapanlı kəndində toy çadırını atəşə tutması bu dövlətin mahiyyətini bir daha ortaya qoyur və görünən odur ki,onlar insanlıqdan kənar əməlləri davam etdirmək niyyətindədirlər".

Bunu Milli Məclisin (MM) deputatı Qənirə Paşayeva dilə gətirib.Onun sözlərinə görə, amma təəssüf ki, ATƏT-in Minsk qrupundan yenə də səs yoxdur, sanki belə bir hadisə baş verməyib. O deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin zəif, səmərəsiz fəaliyyəti, ədalətsizlikləri və ikili standartları Ermənistana bu cür çirkli əməlləri davam etdirməyə imkan yaradır. "Çünki Minsk qrupu həmsədrləri nəinki işğalçı Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi üçün təzyiq etmir, onun bu cür insanlıdan kənar əməllərinə də göz yumur və ən azı etiraz açıqlaması belə yaymır.Qapanlıda bir neçə dəfə olmuşam. Mərd, cəsarətli insanlardır. Ermənistan bu kimi çirkin əməlləri ilə bu insanları qorxuda bilməz. Eyni zamanda, hərbçilərimiz də düşmənə layiqli cavablarını hər zaman verirlər. Allah bütün ön cəbhədə yaşayan insanlarımızı qorusun!İnşallah Ermənistan törətdiyi bu cür cinayət əməllərinə görə daha pis vəziyyətə düşəcək.Onsuz da əhalisi ölkəsindən qaçan bir ölkəyə çevrilib"-deyə, o, sözlərinə əlavə edib.

MM sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə bildirib ki,  Minsk qrupunun həmsədrləri təmas xəttində gündə baş verən insidentlərdən danışmaqdansa, bütövlükdə münaqişənin həllinə diqqəti yönəltməlidir: "Dünənki insident onu göstərir ki, atəşkəs rejiminin mövcud olmasına baxmayaraq heç də insanlar dinc dövr yaşamırlar və hər gün təmas xəttində bu cür təxribatlar insan həyatına, onların əmlakına ziyanla nəticələnir". B. Muradovanın bildirdiyinə görə, növbəti bu cür hadisə çox ciddi narahatçılıq doğurur: "Qarşı tərəf insanlıqdan nə qədər kənar bir mövqedədir ki, hətta toy çadırını belə atəşə tutmaqdan çəkinmir. Bu onu göstərir ki, bu münaqişənin mövcudluğu, region üçün, dünya üçün  çox böyük təhlükə olaraq qalır və ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində gündə baş verən insidentlərdən danışmaqdansa, bütövlükdə münaqişənin həllinə diqqəti yönəltməlidir. Çünki biz hər zaman görürük ki, münaqişədən söhbət gedərkən yalnız bu insidentlərin aradan qaldırılması yollarının, mexanizmlərinin tapılmasına daha çox diqqət yetirilir. Hətta belə bir diqqət olduğu halda da bu insidentlər davam edir. Nəzərə alsaq ki, təmas xətti Azərbaycan ərazisindən keçir, bizim vətəndaşlar daha çox itkiyə məruz qalır, Azərbaycanın tələbində nə qədər haqlı olduğunu bir daha vurğulamaq olar. Minsk qrupunun həmsədrləri öz imkanlarından maksimum istifadə etməlidirlər".

Kamil HƏMZƏOĞLU

 





03.09.2015    çap et  çap et