525.Az

"Separatçı rejimin qondarma "seçkilər" keçirmək qərarı beynəlxalq normalara sığmır"


 

"Separatçı rejimin qondarma "seçkilər" keçirmək qərarı beynəlxalq normalara sığmır"<b style="color:red"></b>

"Separatçı Dağlıq Qarabağ rejiminin sentyabrın 13-də qondarma "seçkilər" keçirməyə qərar verməsi heç bir beynəlxalq normalara sığmır". 

Bu fikri mətbuata açıqlamasında  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

"Müvafiq beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini ortaya qoymalıdırlar"-deyən S. Fətəliyevanın sözlərinə görə, qanunsuz seçkilərin keçirilməsi münaqişənin həlli istiqamətində aparılan danışıqlara ciddi maneədir.

"Bu addımı atmaqla ermənilər beynəlxalq normalara məhəl qoymadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Artıq təcavüzkarı yerində oturtmağın vaxtıdır.

Bölgənin azərbaycanlı icması öz yurdlarına qayıtmamış və tərəflər arasında sülh əldə olunmadan Dağlıq Qarabağda hər hansı seçki keçirilə bilməz"- deyə, komitə sədrinin müavini qeyd edib.

Kamil HƏMZƏOĞLU

 





03.09.2015    çap et  çap et