525.Az

Razi Nurullayev Gültəkin Hacıbəyliyə cavab verdi


 

Razi Nurullayev Gültəkin Hacıbəyliyə cavab verdi<b style="color:red"></b>

"Mən Gültəkin Hacıbəylinin bu fikirləri haqqında uzun-uzadı danışmaq istəmirəm. Buna ehtiyac görmürəm. Sadəcə demək istəyirəm ki, özünə hörmət edən xanım öz fikrini, düşüncəsini bölüşməlidir. Daha başqalarının fikirləri ilə "fədakarlıq" etməməlidir".

Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin keçmiş müavini Razi Nurullayev G.Hacıbəylinin "hünəriniz var, Əli Kərimlini satın alın" fikrinə  münasibət bildirərkən deyib.

R.Nurullayev qeyd edib ki, Gültəkin Hacıbəyli vaxtilə hakimiyyətə yaltaqlanan bir adam olub: "İndi də Əli Kərimlinin yanında bu funksiyasını icra edir, "canfəşanlıq" göstərir. O, öz fikirlərini yox, başqalarının fikirlərini deyir. Bizim Əli Kərimli adlı problemimiz yoxdur. O uğursuz fəaliyyət göstərdiyinə, partiyanı uçuruma apardığına görə istefa verməsini tələb edirik. Gültəkin Hacıbəylinin Əli Kərimliyə qarşı bu qədər sevgisi varsa, o zaman onu inandırsın ki, səhv yoldadır və AXCP-dən istefa verib getməlidir".

 





03.09.2015    çap et  çap et