525.Az

ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti Dillər Universitetində oldu


 

ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti Dillər Universitetində oldu<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatı Asim Mollazadə və universitetin professor-müəllim heyəti iştirak edib.

Səməd Seyidov universitet haqqında qonaqlara məlumat verən rektor burada 22 dilin tədris olunduğunu deyib. O, eyni zamanda universitetdə fəaliyyət göstərən müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Rektor bu mərkəzlərdə tələbələrin həmin ölkələrinin dili, tarixi, mədəniyyəti, incəsənəti haqqında geniş məlumatlar əldə etdiklərini söyləyib.

ADU-nun İnformasiya Resurs Kompleksinin nəzdində fəaliyyət göstərən Amerika Mərkəzinin fəaliyyətindən söz açan rektor buradan, nəinki ADU tələbələrinin, eyni zamanda digər universitet tələbələrinin də istifadə etdiklərini vurğulayıb. O, mərkəzin Azərbaycan-Amerika əlaqələrində, ADU ilə ABŞ universitetləri arasında əməkdaşlığında əhəmiyyətli rolu olduğunu bildirib. Səməd Seyidov hər il Amerika Birləşmiş Ştatlarının öndəgedən universitetlərində təhsil alan bir qrup tələbənin ADU-da Azərbaycan dilini, mədəniyyətini, tarixini öyrəndiklərini qonaqların diqqətinə çatdırıb. Beynəlxalq Əlaqələr üzrə prorektor, professor Jalə Qəribova Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin təhsil sahəsində olan əməkdaşlıq üçün vacib olduğunu qeyd edib. O, Amerika Birləşmiş Ştatlarının bir neçə universiteti ilə ADU-nun əməkdaşlıq etdiyini bildirib.

Sona CAVADQIZI

 





03.09.2015    çap et  çap et