525.Az

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri acıqlanıb


 

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri acıqlanıb<b style="color:red"></b> Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan 525.az-a verilən məlumata görə, yığıncağı giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələ barəsində məlumat verib.

İclasın gündəliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi, Fondun Suraxanı və Binəqədi rayon İcra hakimiyyətləri ilə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və cari məsələlər olub.

İclasın sədri gündəlikdəki məsələlər barəsində çıxış etmək üçün sözü Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Şura üzvlərinə məlumat verərək bildirib ki, ötən müddət ərzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 79 yazı təqdim olunub: "Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib".
Sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılıb. Müzakirələrdə iştirak edən Şura üzvləri jurnalist peşəkarlığının artırılması baxımından müsabiqənin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, iclasda 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb.

Qeyd edək ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulub.
İclasda Suraxanı və Binəqədi rayon İcra hakimiyyətləri ilə Fondun birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də təsdiq olunub. Fondun icraçı direktoru Vüqar Səfərli məlumat verərək bildirib ki, Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə keçirilən müsabiqəyə 34, Binəqədi rayon İcra Hakimiyyəti ilə keçirilən müsabiqəyə isə 29 yazı təqdim olunub və həmin yazılar 3 ekspert tərəfindən qiymətləndirilib.

Müsabiqənin şərtlərinə əsasən, birinci yer üzrə 1, ikinci yer üzrə 2, üçüncü yer üzrə 3 qalib müəyyənləşdirilib, eyni zamanda, 15 nəfərə həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub. İclasda Suraxanı rayon İcra Hakimiyyəti ilə keçirilən müsabiqədə iştirak edən 21 jurnalistin mükafatlandırılması qərara alınıb. Şura üzvləri Fondun Binəqədi rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi müsabiqənin jurnalist peşəkarlığının artırılması baxımından əhəmiyyətli olduğunu bildiriblər. Toplantıda Binəqədi rayonu üzrə müsabiqədə iştirak edən 21 jurnalistin mükafatlandırılması səs vermə yolu ilə təsdiq edilib.

Sonda Vüqar Səfərli Müşahidə Şurası üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirib. İcraçı direktor bildirib ki, dekabrın 27-də keçiriləcək tədbirdə 101 jurnalist mükafatlandırılacaq.
İclasda hər iki müsabiqənin qaliblərinin 2012-ci il dekabrın 27-də keçiriləcək tədbirdə mükafatlandırılması qərara alınıb.
 





26.12.2012    çap et  çap et