525.Az

Azan oxunanda təyyarə uçmayacaq


 

Azan oxunanda təyyarə uçmayacaq<b style="color:red"></b>

İran əzan oxunarkən təyyarələrin uçmasını qadağan edib. Qərara görə, əzan oxunarkən təyyarə uçmayacaq və havadakı təyyarələrə uçuş üçün icazə verilməyəcək.

"Reuters"in "Mehr" Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Əli Tahiri xüsusilə sabah əzanı saatlarında təyyarələrin uçmasının qadağan olunduğunu deyib. Tahiri həmçinin hava limanlarında və hava yolu şirkətlərində çalışan qadınların çadra qaydalarına dəqiq əməl etməli olduqlarını vurğulayıb.

Aviasiya Təşkilatının rəhbəri Həmid Rza Pəhləvani isə təyyarələrin sabah əzanından yarım saat sonra qalxa biləcəyini, beləcə, sərnişinlərin dini borclarını yerinə yetirə biləcəklərini söyləyib.

TRT

 





26.12.2012    çap et  çap et