525.Az

"Azərbaycan öz xalqı üçün çox böyük işlər görən əsl dövlətdir»


 

"Azərbaycan öz xalqı üçün çox böyük işlər görən əsl dövlətdir»<b style="color:red"></b>

 Gürcüstanın baş naziri Bidzina İvanişvili Bakıda gürcü jurnalistlərə Azərbaycan rəhbərliyi ilə görüşünə dair təəssüratlarını bölüşüb.

APA-nın məlumatına görə, baş nazir ölkə rəhbərliyinin onda müsbət təəssürat doğurduğunu açıqlayıb: “Mən gördüm ki, Azərbaycan öz ölkəsi, öz xalqı üçün çox böyük işlər görən əsl dövlətdir”.
 
İvanişvili qeyd edib ki, Azərbaycan rəhbərliyi ölkəsini uzaqgörənliklə idarə edir: “Prezident və baş nazirlə görüşdən sonra əmin oldum ki, ölkələrimiz arasında gözəl münasibətlər mövcuddur. Əgər aramızda hansısa kiçik problemlər yaransa, biz o problemləri dostluq şəraitində həll edə bilərik”.

 





27.12.2012    çap et  çap et