525.Az

Mərkəzi Bank yeni strategiya hazırlayıb


 

Mərkəzi Bank yeni strategiya hazırlayıb<b style="color:red"></b>

 Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırıb.

 «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.
 
Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun diversifikasiyasını nəzərdə tutur. Mərkəzi Bankın valyuta ehtiyatları 2012-ci ilin əvvəlindən 14% artaraq dekabrın 1-i vəziyyətinə 12 mlrd. ABŞ dollarına yaxınlaşıb.
 
Eyni zamanda, ölkənin məcmu strateji valyuta ehtiyatları 11 ayda 14,7% artıb və 46,5 mlrd. dolları ötüb. Bu, 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir və xarici dövlət borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar ÜDM-in 70%-nə çatır və bu göstərici üzrə ölkə dünyada ilk 15-likdədir.

 





27.12.2012    çap et  çap et