525.Az

"Mən qadınam"


 

"Mən qadınam" Keçən il Türkiyədə Fənərbaxça-Manisa oyununda azərkeşlərin yalnız qadınlar və uşaqlar olduğu halda stadionda kişi azərkeşin olduğu iddiaları ortaya çıxdı.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Erkek var maçta" başlığıyla paylaşılan şəkildə qadın paltarında kişi azərkeşin olduğu deyilirdi. Gün ərzində ən çox müzakirə edilən həmin şəkildəki isə əslində iki uşaq anası olan Sema Bekçi imiş.

Həmin günləri kabus kimi xatırlayan Sema şəxsi həyatının bu qədər müzakirə olunduğunu görərək polisə şikayət edib. Həyatını alt-üst edən həmin anları xanım azərkeş elə xatırlayır.

"Çoxdandır stadionda olmaq istəyirdim. İlk dəfə əlimə elə şans keçdi və bunu dəyərləndirdim. Sabahısı gün nə baş verəcəyini isə ağlıma da gətirməzdim. Səhər qızımın səsinə ayıldım. Hər kəsin məndən danışdığını deyən qızım internetdə yayılan şəkli göstərəndə şoka düşdüm. Fotonu görəndə özümü tanımadım. Bir qadının kişiyə bənzədilməsi onun qürurunun əyilməsidir. Ən çox da ərimdən utanırdım".

"Təkcə Türkiyəyə deyil, dünyaya rüsvay edildiyini" fikirləşən Sema uzun müddət evdən çölə çıxmayıb. Televiziya kanalına çıxaraq həqiqəti danışdıqdan sonra bi qədər rahatlayan xanım azərkeş Fənərbaxça rəsmilərinin ona dəstək olduğunu, təhqir  olunduğu şəkillərin internetdən az da olsa yığışdırıldığını deyir. "Oyunlara yenə də gedirəm. Mən Aleksin fanatıyam. Onun klubdan ayrılması xəbəri məni məyus edir"
 





18.09.2012    çap et  çap et