525.Az

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru dəyişib


 

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru dəyişib<b style="color:red"></b>

Dünya Bankı Cənubi Qafqaz üzrə yeni regional direktorunu təyin edib.

“APA-Economics”in verdiyi xəbərə görə, direktor vəzifəsinə təyin olunan Mersi Tembon (Mercy Tembon) Azərbaycan, Gürcüstan və Ermənistanda Dünya Bankının ölkələr üzrə əməkdaşlıq strategiyalarının həyata keçirilməsi və inkişafı üzrə işə rəhbərlik edəcək.
 
M. Tembon vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq. O, bu vəzifədə Henri Keralini (Henry Kerali) əvəz edəcək.
 
Qeyd edək ki, bundan əvvəl M. Tembon 2000-ci ildən Dünya Bankında Afrika Regionunda İnsan Resursları İnkişafı departamentinin təhsil mütəxəssisi, 2012-ci ildən Burkina-Faso və Burundi üzrə direktor vəzifələrində çalışıb.

 





07.09.2015    çap et  çap et