525.Az

“Sonuncu fateh” Milli Elmlər Akademiyasında təqdim olunub (FOTOLAR)


 

“Sonuncu fateh” Milli Elmlər Akademiyasında təqdim olunub <b style="color:red"> (FOTOLAR)</b>

Ötən gün Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda millət vəkili, yazıçı Hüseynbala MirələmovunSonuncu fatehkitabının təqdimatı keçirilib.

 

Professor Teymur Kərimli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilən bu təqdimatı dəyərli hadisə kimi qiymətləndirib: “Sonuncu fatehtarixi romandır, müəllif bu romanda Nadir şahı öz zəmanəsinin ən məşhur dövlət xadimi sərkərdələrindən biri kimi canlandırıb. Hüseynbala Mirələmov tarixi faktlara söykənərək əsərdə bir-birindən gərgin döyüş səhnələri, dolğun xarakterlər yaratmağı bədii-fəlsəfi ümumiləşdirmələr aparmağı bacarıb”. Yazıçının çox aktual mövzuya toxunduğunu deyən T.Kərimli tariximizin möhtəşəm səhifələrindən birinin qələmə alındığını təqdir edib: “Belə əsərləri oxuduqca bir daha əl-ələ verməyin vacibliyinə əmin olursan. Bizim görkəmli tarixi şəxsiyyətlərimiz, güclü dövlətçilik ənənələrimiz olub var. Bütün bunları nəzərə alaraq, milli birliyimiz vacibdir ki, problemlərimizin öhdəsindən gələ bilək. “Sonuncu fatehkimi əsərlərlə biz bir daha tarixə ekskurs edirik, tarixi qələbələrimizdən  məğlubiyyətlərimizdən nəticə çıxarırıq. Bu baxımdan əsəri son dövr ədəbiyyatımızda əhəmiyyətli hadisə hesab edirəm”.

 

Filologiya üzrə fəlsəfə doktoru İslam QəribliSonuncu fatehin müasir oxucuların tarixi dərslərdən ibrət götürməsi niyyətilə qələmə alındığını deyib: “Mükəmməl struktura, bitkin süjet xətti kompozisiyaya malik əsər ədibin ilk tarixi romanı olsa da burada mövzuya ciddi, məsuliyyətli yanaşma var. Təbiidir ki, tarixi əsər yaratmaq yazıçıdan ikiqat ciddi yaradıcılıq məsuliyyəti, tarixə kompleks yanaşma ümumiləşdirmə tələb edir. Hüseynbala Mirələmov bütün bu keyfiyyətlərə əməl edərək Nadir şahın dövrünü hərtərəfli, tam dərindən öyrənib, bunu bədii şəkildə, oxunaqlı bir dillə oxucuya təqdim etməyi bacarıb. Əsəri yazana kimi yazıçı bir sıra mühüm tarixi mənbələri araşdırıb, arxivlərdə işləyib, yazacağı mövzunu dərindən öyrənməyi qarşısına məqsəd qoyub. Roman elə ilk səhifələrdən oxucunu özünə çəkir, gərgin hadisələrin, süjetlərin içərisinə salır. Öz baş qəhrəmanının həyatına hərtərəfli  yanaşan yazıçı onun ömrünün ən əhəmiyyətli məqamlarını təsvir edib bununla da oxucularda tariximizin daha bir parlaq şəxsiyyətinin surətini canlandıra bilib”. İ.Qəribli bu epopeyanı istedadlı yazıçı Hüseynbala Mirələmovun parlaq uğuru, Azərbaycan bədii nəsrinin ədəbi hadisəsi kimi qiymətləndirib.

 

Millət vəkili Rəbiyyət Aslanova tədbirdə olmasından məmnunluq hiss etdiyini bildirib: “Bir neçə il öncə, söz vaxtına çəkər, bir qış günü Hüseynbala müəllimin əlində qalın bir əlyazmanı gördüm, hansı əsərinin olduğunu soruşandaSonuncu fatehcavabını aldım. Kitabın əlyazmasını oxumağa aldım, tarixçi olduğuma mənim üçün çox maraqlı olan bir mövzunu əhatə elədiyinə görə kitabı az vaxtda, təxminən bir həftə içərisində oxuyub bitirdim. Çox təsirləndim, mənim üçün çox xoş idi. Əsərlə bağlı fikirlərimi Hüseynbala müəllimlə bölüşmüşdüm, uzun müddət idi bu təqdimatı gözləyirdim. Sevincimin səbəbi odur ki, bu gün Azərbaycan ədəbiyyatında, tarixşünaslığında böyük şəxsiyyətlərin həyatını, fəaliyyətini əks etdirən əsərlər meydana gəlməkdədir. Hazırda ədəbiyyatımzda bu digər mövzulara aid saysız-hesabsız əsərlərin olmasına baxmayaraq, tarixi şəxsiyyətlərin öz xalqının tarixini dəyişən, istiqamətləndirən fəaliyyətinə aid əsərlər demək olar ki, yox dərəcəsindədir. Akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında yazdığı çox maraqlı, tutarlı yazıda Azərbaycan yazıçılarının, filosoflarının, tarixçilərinin qarşısına qoyduğu tələblərdən danışıb. Bununla tamamilə razılaşmaq olar. Əgər hansı tarixə sahib olduğumuzu bilməsək, əgər bu tarixi irsin Azərbaycan vətəndaşı olaraq formalaşmağımızdakı rolunu lazımınca qiymətləndirməsək, bizdə milli kimlik məsələsi haqqında düşüncə necə formalaşar? Hüseynbala Mirələmov əsl vətəndaşlıq nümunəsi göstərərək, “Sonuncu fatehi yazıb bizə təqdim edib. Əsərin adını bəlkə nisbi yaxud da simvolik qiymətləndirmək olar. Çünki türk dünyasının fatehləri sonuncu ola bilməz olmayacaq. Əgər keçmişdə fatehlik qılınc-qalxan vasitəsilə fəthlər dövrü idisə, bu gün artıq biz fatehliyi başqa cür qəbul edirik. Bu gün dünya siyasətində, elmində öz sözünü demək bacarığı fatehlik kimi dəyərləndirilir.  Dünya siyasi xəritəsində mövcud olmağımız, beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü seçilməyimiz, millətlərin dəsti-xətti içərisində öz imzamızın olmağı da bu gün fatehlikdir. Bu baxımdan həmişə türk dünyasının, xalqımızın fatehləri var olacaq”.

 

Sonuncu fatehin bədii məziyyətlərindən danışan Rəbiyyət Aslanova tarixi şəxsiyyətlər haqqında əsər yazmağın böyük məsuliyyət tələb etdiyini deyib: “Tarixi əsər yazmaq istəyən həm həmin dövrü gözəl bilməli, həmin dövrün ictimai-siyasi, mədəni durumundan xəbərdar olmalı, həmin dövrdəki münasibətlərin özünəməxsusluğunu bilməli, beynəlxalq münasibətlərdəki yerini, mövqeyini dəqiq qiymətləndirməlidir. Bütün bunlar olduqca çətin məqamlardır. Hüseynbala müəllimin həmin dövrün- məhz 1722-1747-ci ilədək olan Azərbaycan tarixində olan hadisələri o cür diqqətlə qiymətləndirməsi çox böyük işdir. Əminəm ki, kitabı oxuyanlar bir daha bunun şahidi olacaqlar. Məşhur bir misalı xatırlatmaq istərdim ki, keçmişinə güllə atanı gələcək topa tutar. Keçmişimizi öyrənmək baxımından mütləq belə əsərləri oxumalıyıq”.

 

Milli məclisin deputatı Hadi Rəcəbli çıxışını kiçik xatirə, etiraf böyük bir arzu üzərində qurub: “Kiçik xatirəm bundan ibarətdir ki, Lənkəranda maraqlı tarixi yerlər var. Biri Bəzz qalası deyilən bir tikili idi. Tez-tez Hüseynbala müəllimlə o yerlərə gedib baxardıq, o hisslərlə yaşayardıq. Digər bir tikili Şeyx Zahid türbəsi idi. Sonralar bildik ki, Şeyx Zahid türbəsi Şah İsmayıl Xətainin nəslindən olan bir mötəbərin türbəsi imiş. Oralarda olanda maraqlı anlar yaşayardıq. Hüseynbala hələ o vaxtlar  hekayələr yazırdı, ədəbi-bədii yaradıcılıqla məşğul olurdu. OnunXəcalətəsərində tarixə dönüş var. Etirafım isə ondan ibarətdir ki, Hüseynbala müəllim o qədər çox yazır ki, mən onları həmin vaxt çatdırıb oxuya bilmirəm. Sonralar hamısını oxuyuram. Etiraf edirəm ki, hələSonuncu fatehi oxumamışam. Amma o anları mən onunla birgə yaşamışam. Biz dörd dost ailəvi istirahət edirdik. Amma Hüseynbala müəllim o istirahəti Nadir şah haqqında yazmağa həsr eləmişdi. Böyük arzum isə ondan ibarətdir ki, Hüseynbala müəllimə sağlam uzun ömür arzulayıram ki, yaradıcılığına davam eləsin. Ona görə ki, mən onun qələminə bələdəm. O, təmənnasız yaradıcı adamdır, dövlətçiliyə xidmət eləmək baxımından da, Heydər Əliyev haqqında bu gün 21 dilə tərcümə olunmuş böyük bir əsəri yaratdığına digər bədii yaradıcılığına görə ona minnətdaram”.

 

Professor Qəzənfər Paşayev çıxışında yazıçının əsərləri ilə tanış olduğunu, “Gəncə qapılarıpyesinə tamaşa etdiyini çox bəyəndiyini bildirib: “Tarixi əsərlərin öz məziyyəti, öz çətinlikləri var. Tarxi yaratmaq asandır, nəinki onu yazmaq. Tarixi yazmaq çox çətindir, burda gərək böyük obyektivlik, təfəkkür, bilik, ümumiləşdirmə qabiliyyəti olsun. Hüseynbala Mirələmov bütün bu meyarlara əməl edərək əsəri yazıb”.

 

Şair Ənvər Əhməd tarixi gerçəkliklərdən, baş verənlərdən nəticə çıxarılması baxımından əsəri yüksək qiymətləndirib gənc nəslin belə tarixi ədəbiyyatı oxumağın vacibliyini dilə gətirib. ŞairSonuncu fatehi son illərdə tarixi qürurumuzu, ağrılarımızı əks etdirmək baxımındanədəbi hadisəadlandırıb.

 

Millət vəkili Eldar İbrahimov çıxışını yumorlu notlar üzərində qurub: “Bu əsərin yazılması mənə baha başa gəlib. Belə ki, ailəliklə istirahət etdiyimiz Yesentukidə digər dost ailələrlə birgə vaxtımızı keçirirdik.  Tədbirlərin birinə Hüseynbala müəllimi çağırdıq. O bizə çox gec qoşuldu. Gələndə soruşduq ki, niyə gec gəlmisən? Dedi ki, Nadir şah haqqında yazıram, fikirləşdim ki, vərəqi bitirim, sonra gedim. Elə hər onu çağırdıqca, deyirdi ki, vərəqi bitirim, gəlirəm. Bu baxımdan deyirəm ki, bu əsərin yazılması bizə istirahətimiz bahasına başa gəlib. Onda yarızarafat-yarıciddi dedim ki, a kişi, sən bura Nadir şahdan yazmağa gəlmisən, yoxsa istirahətə, müalicə olunmağa? Amma bu gün deyirəm ki, sən düz eləmisən, Hüseynbala müəllim, yaxşı ki, bu əsəri yazmısan”.

 

Tədqiqatçı Aydın Tağıyev deyib ki, tarixin Avşarlarla bağlı hissəsinə bələd biri kimi Hüseynbala Mirələmovun bu əsərində tarixin bədii şəkildə parlaq əksini tapdığının şahidi olub: “Əsər həm tarixi, həm bədii baxımdan çox diqqətəlayiqdir”.

 

Sonda 190 saylı məktəbin təlim-tədris işləri üzrə direktor müavini Qənirə Əmircanova düşüncələrini bölüşüb. Həmin məktəbin şagirdi Samir tədbirdə Nadir şahın monoloqunu ifa edib. Tədbirdə H.Mirələmovun həyat yaradıcılığını əks etdirən videoçarx da nümayiş etdirilib. Sonda çıxış edən müəllif qonaqlara təşəkkür edib məhz Nadir şah haqqında yazmağının səbəbini açıqlayıb:”Nadir şah görkəmli tarixi şəxsiyyət kimi islami təfriqəni aradan qaldırmağı  qarşısına məqsəd qoymuşdur.Məhz bu böyük amalına görə bu görkəmli şah haqqında yazmağı qərara aldım.Bu məqsədlə 5 il arxivlərdə işləməyimədə heyfislənmirəm,əksinə çox şadam”.AMEA-nın Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin Nizami adına Ədəbiyyat İnstitutu Həmkarlar İttifaqı İdarə heyətinin birgə qərarı ilə Hüseynbala Mirələmova “2012-ci ilin yazıçısıfəxri diplomu döş nişanı təqdim edilib. 

 

Sevinc HƏMİDLİ
 





27.12.2012    çap et  çap et