525.Az

“Cücəni” hər fəsil saymaq olar...


 

BİZNES-İNKUBATOR DÜNYADA SAHİBKARLIQ FƏALİYYƏTİNƏ BİR NÖMRƏLİ DƏSTƏK MODELİ KİMİ QƏBUL OLUNUR

“Cücəni” hər fəsil saymaq olar... <b style="color:red"></b>

 Ceyhun ABASOV

 

Artıq yarım əsrdən çoxdu dünyada tətbiq olunan Biznes-inkubator modeli sahibkarlıq fəaliyyətində başlanğıc mərhələdən uğur qazanmaq üçün çox əlverişli sistemə çevrilib. Biznes-inkubator başlanğıc mərhələlərdə kiçik sahibkarlığın yaranması üçün icarə yer verən, məsləhət, hüquqi, mühasibat digər xidmətlərlə kömək edən təşkilati modeldi. Bu modelin yaxın gələcəkdə işsizliyin xeyli azaldılması baxımından da önəmli paya sahib olmaq imkanları var. Biznes-inkubatorların fəaliyyəti qanunvericiliklə tənzimlənsə , bu sahədə hələ ki, gözəçarpan bir görülməyib. Keçən il Gənclər idman nazirinin müavini İntiqam Babayev mətbuata açıqlamasındaAzərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramı çərçivəsində gənc sahibkarların fəaliyyətinə dəstək vermək, iqtisadi həyatda gənclərin rolunu artırmaq məqsədilə Biznes-inkubatorların yaradıldığını bildirmişdi. Lakin dövlət proqramı hazırlansa da, ciddi bir irəliləyiş yoxdu.

 

Hər bir ölkənin iqtisadi maraqları çoxşaxəli inkişaf modelini dərəcədə uğurla yerinə yetirməsindən asılıdı. Regionun inkişaf meyarları potensialına uyğun qurulan iqtisadi fəaliyyət əlbəttə ki, ölkənin maraq uğurlarına hesablanmalıdı. Əgər mətbuat ölkədə vəziyyəti analiz etmək problemləri ortaya qoyaraq fəaliyyətini müəyyənləşdiribsə, sözsüz ki, sırf qeyri-iqtisadi sahələr kimi yenə ölkədə xalqın rifahını, dünya arenasında isə dövlətin maraqlarını nümayiş etdirdiyindən, buna bir baxışdan baxmaq düzgün olmazdı. Lakin iqtisadi fəaliyyət, yəni sahibkarlığın inkişafı bütün hallarda işsizliyin azalmasına, iqtisadi tərəqqiyə aparan vasitələrdən biridi. Dövlət büdcəsinin neft sektorundan asılılığını minimuma endirmək, ölkə iqtisadiyyatını təkqanadlı inkişafdan qurtarmaq baxımından da kiçik orta sahibkarlığın formalaşması vacibliyini nəzərə alsaq, bu modelin tətbiqinin qədər önəm daşıdığı aydınlaşar. Buna görə artıq qeyri-neft sektorunda biznes mühitinin inkişafı ölkənin gələcəyi üçün prioritet məsələ kimi qaldırılıb. Sahibkarlıq fəaliyyətinin inkişafına təkan verən dövlət proqramları əsasında işlər görülməkdədi.

 

Dünyada olduqca uğurla icra olunan Biznes-inkubator sistemi sahibkarlıq fəaliyyətinin peşəkar səviyyəyə çatdırılması üçün optimal imkanlar açır. Bunları nəzərə alaraq bizdə bu istiqamətdə dövlət səviyyəsində addımlar atılması məqbul sayıldı birinci mərhələdə Biznes-inkubatorların ali məktəblərin bazasında yaradılması planlaşdırılırdı. O da nəzərdə tutulmuşdu ki, Biznes-inkubatorlar təkcə Bakıda deyil, regionlarda da yaradılsın. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Tədris Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov deyir ki, Biznes-inkubator yeni yaranmış, inkişaf mərhələsində olan kiçik orta sahibkarlığı, istehsal, informasiya, maliyyə digər resurslarla təmin edən sahibkarlıqla məşğul olmaq istəyən insanların səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldi. Bu struktur daxilində yeni fəaliyyətə başlayan müəssisələrə biznesin təşkili məqsədilə güzəştli şərtlərlə müxtəlif xidmətlərin göstərilməsi təmin edilir. Bura ofis xidmətləri, konsaltinq, maliyyə vəsaitlərin əldə edilməsində köməklik, yeniliklərin sınaqdan çıxarılması tətbiqi şəraitinin təmini olunması aiddi. Biznes-inkubatorlar eyni zamanda gənc sahibkarların formalaşmasına xidmət etməklə, biznesin başlanğıc mərhələsində xərclərin aşağı salınmasına da şərait yaradır. Müəssisənin Biznes-inkubatorda fəaliyyəti müvəqqəti xarakter daşıyır bir qayda olaraq 3-5 il təşkil edir.

 

Mircavid Həsənov:

 

– “Azərbaycanın iqtisadi inkişafının bu günü neft sektoru ilə bağlıdırsa, gələcək inkişafı qeyri-neft sektorundan, əsasən kiçik orta sahibkarlığın inkişafından asılı olacaq. Məhz buna görə Azərbaycan hökuməti sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirləri həyata keçirir. Azərbaycanda innovasiya yönümlü təşəbbüslərin aktivləşdirilməsi bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşması zəruriliyi nəzərə alınaraq, prezidentin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasında kiçik orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, eləcə Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqındafərmanda texnoloji Biznes-inkubatorun yaradılması vəzifəsi qarşıya qoyulub.

 

ADİU-da yaradılmış Biznes-inkubator hazırda əsasən 2 istiqamətdətədris-metodiki psixoloji dəstək istiqamətində fəaliyyət göstərir. Tədris-metodoki dəstək dedikdə Universitetin Menecment kafedrası tərəfindən müxtəlif mövzularda treninq, seminar, praktikum işgüzar oyunların təşkili nəzərdə tutulur. Bütün təlimlər interraktiv üsulla aparılır. Psixoloji dəstəyə gəlincə, burada tanınmış menecmentlərin master-klaslarının təşkili gənclərin biznes mühitinə inamını atırmaqdan ibarətdi. Bundan əlavə, xarici mütəxəssislərin onlayn seminarları da təşkil olunur. Biznes-inkubatorda təlim görən tələbələr nəzəri biliklərlə yanaşı praktiki bilik vərdişlər əldə edirlər. Bu isə gələcəkdə həmin tələbələrin biznesin müxtəlif sahələrində uğur qazanmasının qarantı olur”.

 

Ali təhsil ocaqlarında yaradılan bu inkişaf modeli sırf həmin təhsil müsəsisəsinin tələbələrinə yeni imkanlar açmaq üçün nəzərdə tutulub. Lakin maliyyə yardımı ya sahibkarlığa dəstək üçün kreditlərin ayrılmadığı təqdirdə bu model yalnız nəzəri səciyyə daşıyacaq.

 

Mircavid Həsənov:

 

– “Bu yaxınlarda yaradacağımız Biznes-inkubator təkcə tələbələrə deyil, yeni sahibkarlıq fəaliyyətinə başlayan şəxslərə bizneslərini inkişaf etdirməkdə dəstək verəcək. Burada artıq sahibkarlara tam olaraq 4 istiqamətdə dəstək göstəriləcək. Yəni, tədris-metodiki psixoloji köməklə yanaşı, həm maddi-texniki maliyyə dəstəyi göstərilməsini planlaşdırıq. Yaradılıcaq Biznes-inkubatorda koworking mərkəzi yaradılacaq. Bu mərkəzdə startaplara,  yəni oyanış mərhələsində olan biznesmenlərə güzəştli şərtlərlə tam təchizatlı ofislər icarəyə veriləcək telekommunikasiya avadanlıqları təmənnasız olaraq startapların ixtiyarında olacaq. Onlara maliyyə dəstəyi tapmaqda da köməklik göstəriləcək”.

 

Gənclər bu gün təhsillərini bitirdikdən, hərbi xidmətlərini başa vurduqdan sonra işsizlikdən, artan ailə qayğılarından əziyyət çəkirlər. O cümlədən ölkədə işsizlik problemi hələ gəncləri düşündürən məsələlərdən oluduğundan hesab edirik ki, özü-özlüyündə böyük bir layihə olan Biznes-inkubatorların doğru-düzgün təşkili fəaliyyəti yeni nəslin gələcək fəaliyyəti, biznes mühitində inamla addımlamaları baxımından çox gərəkli ola bilər. Ölkəmizdə yaxın gələcəkdə yüksək səviyyəli peşəkar Biznes-inkubator modelinin inkişaf edəcəyinə inandığını qeyd edən Mircavid Həsənova görə, digər ölkələrdə olduğu kimi Biznes-inkubatorların fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi mühitində əsasən kiçik orta sahibkarlığın inkişafında nəzərə çarpacaq müsbət dəyişikliklərin şahidi olacağıq. Azərbaycan bütün dünyaya sübut edəcək ki, onun iqtisadi inkişafı yalnız neft gəlirlərindən asılı deyil.  
 





27.12.2012    çap et  çap et