525.Az

Azərbaycanda qədim fauna və flora muzeyi yaradılacaq


 

Azərbaycanda qədim fauna və flora muzeyi yaradılacaq<b style="color:red"></b>

Hazırda muzeyin yaradılması istiqamətində işlər aparılır.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutun illik hesabat iclasında deyib.
 
Onun sözlərinə görə, “Muzey “Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı” təbiət abidəsinin ərazisində yaradılacaq. Artıq muzey üçün ayrılmış ərazidə tədqiq olunan qatların radioaktivlik dərəcəsi müəyyən edilib və qatların kimyəvi analizi, suxurların mütləq yaşı (45 min il və 55 min il ) təyin olunub”.

Qeyd edək ki, Azərbaycanın dünya şöhrətli təbiət abidəsi olan “Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı” ərazisinin müasir vəziyyətinin öyrənilməsi Geologiya İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Binəqədi rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə aparılıb.

 





27.12.2012    çap et  çap et