525.Az

ABŞ qondarma "seçkilər"i tanımayacaq


 

ABŞ qondarma "seçkilər"i tanımayacaq<b style="color:red"></b>

ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkilər"in nəticələrini tanımayacaq.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.
 
“Münaqişənin tam nizamlanması kontekstində biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən edilməsində olan rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz 13 sentyabr tarixli seçkilərin bölgənin hüquqi statusuna təsir edə biləcək amil kimi qəbul etmirik”, - deyə Kirbi bildirib.
 
"Biz həmçinin bildiririk ki, bu seçkilər heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həlli istiqamətində aparılan danışıqların nəticəsini əvvəlcədən müəyyən etmir", - deyə Kirbi qeyd edib. 
 
Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejimi sentyabrın 13-də "bələdiyyə seçkiləri" keçirəcək.

 





11.09.2015    çap et  çap et