525.Az

"Rəsmi Parisin Dağlıq Qarabağda "mədəniyyət günləri" ilə əlaqəsi yoxdur"


 

"Rəsmi Parisin Dağlıq Qarabağda "mədəniyyət günləri" ilə əlaqəsi yoxdur"<b style="color:red"></b>

Fransa hakimiyyəti ölkənin Dağlıq Qarabağda "mədəniyyət günləri" barədə məlumatlı deyil və bu tədbirlə heç bir əlaqəsi yoxdur.

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye sentyabrın 17-19-da işğal edilmiş Dağlıq Qarabağda keçiriləcək "Fransanın mədəniyyət günləri"ni şərh edərkən deyib.

Diplomat bildirib ki, Fransa Dağlıq Qarabağın "müstəqilliyi"ini tanımır və bu regionun qondarma "hakimiyyət"i ilə ikitərəfli əlaqələri yoxdur.

P.Mönye əlavə edib ki, Fransa Ermənistan və Azərbaycanın dostu kimi Rusiya və ABŞ-la Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə nizamlanmasında vasitəçilik missiyasını davam etdirəcək.

 





11.09.2015    çap et  çap et