525.Az

ISESCO Ermənistanın Dağlıq Qarabağda “seçki” keçirməsini pisləyib


 

ISESCO Ermənistanın Dağlıq Qarabağda “seçki” keçirməsini pisləyib<b style="color:red"></b> ISESCO Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən seçkilərin keçirilməsini pisləyən bəyanat yayıb.
 
Təşkilatdan APA-ya verilən məlumata görə, ISESCO bu “seçkilər”in beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurası, ATƏT, İƏT kimi təşkilatların qətnamələrinə uyğun olmadığını hesab edir və bildirir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında işğalçı qüvvə olan Ermənistanın suverenlik aktı sayılan hər hansı addım atmağa ixtiyarı yoxdur:
 
“Eyni zamanda biz məscidlərin, tarixi abidələrin işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmasını pisləyirik. Biz Azərbaycanla həmrəy olduğumuzu və Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq hüquqa malik olduğunu bir daha təsdiqləyirik”.
 





11.09.2015    çap et  çap et