525.Az

Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrdəkindən ucuzdur


 

Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrdəkindən ucuzdur<b style="color:red"></b>

Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrin dəmir yolunda müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur.
 
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən Trend-ə verilən məlumatda bildirilir.

Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.

Tarıf Şurasının qərarı olduqca ədalətlidir. Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur.

Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən “Aeroekspress”də 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN, Ukrayna Respublikasında şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyə Respublikasında 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir.

 





17.09.2015    çap et  çap et