525.Az

Hava soyuyacaq


 

Hava soyuyacaq<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında dekabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə  şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
 
Dekabrın 29-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 30-da şimal küləyinin güclənəcəyi, axşama doğru arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 





28.12.2012    çap et  çap et