525.Az

“Bakı vaxtı” hər birimizin vaxtıdır...


 

“Bakı vaxtı” hər birimizin vaxtıdır... <b style="color:red"></b>

Firuz MUSTAFA
yazıçı, Bakı Avrasiya Universitetinin professoru


İCTİMAİ
TELEVİZİYANIN BİR LAYİHƏSİ HAQQINDA TAMAŞAÇI SÖZÜ

 

Əksər meqapolislərin diqqətçəkən cəhətlərindən biri konkret bir  məkan daxilində müxtəlif zamanları yaşatmasıdır. Bu mənada bizim Bakı da istisna təşkil etmir. Odlar yurdunun paytaxtı zamanların kəsişib çarpazlaşdığı bir məkan kimi müasirliklə tarixiliyi özündə birləşdirir. Burada həm keçmiş, həm gələcək bir-birilə qol-qola yaşayıb nəfəs alır. Amma keçmiş getdikcə arxada qalır. Bakını tanımaqda bizə canlı bələdçilik, “gidlikedə biləcək adamların sayı da ilbəil azalır. yaxşı ki, Bakının tarixi, maraqlı ibrətamiz keçmişi hələ yaddaşlarda yaşamaqdadır. Bu yaddaşın bərpasında medianın, telekanalların rolu müstəsnadır. Görünür, bu missiyanın vacibliyini anlayan telekanallar Bakı haqqında, bu şəhərin tarixi barədə verilişlər, filmlər hazırlamağa üstünlük verirlər. Fikrimcə, bu sırada İctimai Televiziya digərlərindən bir qədər fərqlənir hətta, mən deyərdim, öndədir. Söhbət İctimai Televiziyada vaxtaşırı yayımlananBakı vaxtısilsiləsindən gedir.

 

Bu silsilənin özəlliyi arxiv sənədlərinə əsaslanması tarixi xronikaya üstünlük verməsidir. İndiyədək bu silsilədən İsmayiliyyə binası, Filarmoniya bağı, Opera Balet Teatrı s. haqqında çox maraqlı sənədli filmlər təqdim edilib.

 

Bakı vaxtısilsiləsinin müəllifi aparıcısı, istedadlı publisist, telejurnalist Müsəllim Həsənov sanki bakısevərlərin əlindən tutub onları keçmışə aparır. Tarixə doğru, Bakının dünəninə doğru  geri addımlayantamaşaçı maraqlı görüntülərin fonunda maraqlı faktlarla tanış olur, sanki şəhərin bu ya digər tarixi yerini qarış-qarış, dalan-dalan, döngə-döngə, küçə-küçə, meydan-meydan gəzir, ona yenidən vurulur, onu özü üçün yenidən kəşf edir.

 

 Bakı vaxtısilsiləsindən ötən həftə  təqdim olunan köhnə bakılılarınParapetkimi tanıdığı Fəvvarələr bağı haqqında film ciddi jurnalist axtarışının, maraqlı rejissor işinin məhsulu idi. “Parapetsözünün izahından tutmuş, 70-ci illərin gəncliyinin romantik duyğularla xatırladığıNərgizkafesinə qədər hər şey tamaşaçını ekran önündə saxlamaq iqtidarında idi. Filmdə Bakı haqqında danışan ekspertlərin, xüsusən tarixçinin (səhv etmirəmsə, adı Faiq Əliyev idi) təmiz Bakı ləhcəsi ilə bu bağdan danışdıqları olduqca maraqlı inandırıcı idi. Əminəm ki, bu söhbət çoxlarını öz gənclik xatirələrinə kökləyə bildi. Çünki Bakı bir növ daşlaşmış, yaxud daşlara hörülmüş xatirələr şəhəridir. Burada tarix öz rəngləri, öz musiqisi, öz dəst-xətti ilə yaşayır. Bu mənada   Bakı vaxtıtəkcə bir şəhərin yox, həm bütöv bir epoxanın vaxtı, əksidir ki, həmin o vaxtıniçində bizim hər birimizin öz vaxtıyaşayır”.

 

Mən belə hesab edirəm ki, “Bakı vaxtı  İctimai Televiziyanın uğurlu layihələrindən biri olmaqla yanaşı, həm vətənpərvərlik nöqteyi-nəzərindən gərəkli bir proqramdır. Hər bir ölkənin tarixi həm o ölkədə yaşayan hər bir insanın tarixidir. Hər bir daşın taleyi həm hər bir vətəndaşın taleyidir.

 

Bu baxımdanBakı vaxtıtəkcə binaların, daşların, bağların küçələrin tarixi taleyi demək deyil, həm həmin küçə bağlardan keçən insanların, o tarixi binalarda yaşayan adamların tarixi taleyidir. “Bakı vaxtısilsiləsini tamaşaçılara sevdirən bu həqiqətdir...

 

 





28.12.2012    çap et  çap et