525.Az

İstanbulda Hüseyn Cavidin 130 illik yubileyi keçirilib


 

İstanbulda Hüseyn Cavidin 130 illik yubileyi keçirilib<b style="color:red"></b>

Türkiyənin 600 illik tarixi olan İstanbul Universitetində TÜRKSOY-un, İstanbulun Eyyüp bələdiyyəsinin, Azərbaycan Türkləri Kültür Təhsil Vəqfinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi dramaturqu Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, İstanbul Universitetinin ədəbiyyat fakültəsinin dekanı Mustafa Özkan Naxçıvan Muxtar Respublikası mədəniyyət turizm nazirinin müavini Məhəmməd Həsənov çıxış edərək İstanbul Universitetində təhsil almış görkəmli ədibin həyat yaradıcılığından ətraflı bəhs ediblər. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, çıxış edənlər Stalin dövrünün repressiyasına məruz qalmış Hüseyn Cavidin nəşinin türk dünyasının dahi şəxsiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Sibirdən gətirilərək doğma yurdu olan Naxçıvanda dəfn edilməsi, onun möhtəşəm məqbərəsinin ev- muzeyinin yaradılmasını gələcək nəsillərə örnək olan addım kimi dəyərləndirib.

 

 TÜRKSOY-un adından İstanbul Universitetinə üzərində Hüseyn Cavidin rəsmi olan xatirə hədiyyəsi təqdim olunub. Sonra İstanbul Universiteti ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkanın sədrliyi ilə Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Konfransda Kazım Qarabəkir Fondunun sədri Timsal Qarabəkir, yazıçı Azər Turan, Turan Cavid Qadın Mərkəzinin sədri Sevda Cəfərova, Ege Universitetinin professor Əli Erol, yazıçı-araşdırmaçı Yusuf Gedikli görkəmli şair dramaturqun zəngin ədəbi irsi haqqında məruzələrlə çıxış ediblər: “ Hüseyn Cavid 1906-1910-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində görkəmli türk ədiblərindən dərs alıb, öz əsərlərində türkçülük turançılıq məfkurəsini təbliğ edib”.

 

 Konfrans iştirakçıları görkəmli ədibin həyat yaradıcılığından bəhs edən sənədli filmə tamaşa edib, Azərbaycandan gəlmiş müğənnilərin ifasında onun şeirlərinə bəstələnmiş mahnıları dinləyiblər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının təqdimatında Hüseyn Cavidinİblistamaşası böyük rəğbətlə qarşılanıb.

 

S.MÜRVƏTQIZI

 

 





28.12.2012    çap et  çap et