525.Az

Bu il 2,7 milyon ton taxıl istehsal olunub


 

Bu il 2,7 milyon ton taxıl istehsal olunub<b style="color:red"></b>

“Azərbaycan tarixində heç zaman bu ilki kimi taxıl istehsalı müşahidə edilməyib”.

Bunu Milli Məclisin (MM) qarşıdan gələn 2015-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında sözügedən komitənin sədri Eldar İbrahimov məlumat verib.

Onun sözlərinə görə, bu il ölkə Prezidentinin fərmanı ilə Azərbaycanda  “Kənd təsərrüfatı ili “ elan edilib.

“2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması kənd təsərrüfatında, aqrar sektorda artıq öz müsbət nəticəsini, töhfəsini verib. Bu il Azərbaycan tarixində ən çox taxıl istehsal olunub.  Heç zaman Azərbaycanda bu liki kimi taxıl istehsal olunmayıb. Yəni, 2,7 milyon ton taxıl istehsal olunub ki, bununla da  hər hektardan təxminən 30,5 sentner məhsul götürülüb. Bu, həddindən artıq böyük uğur və göstəricidir”-deyə, komitə sədri bildirib.

Komitə sədri sözlərinə onu da əlavə edib ki, “Taxtakörpü” Su Anbarının istifadəyə verilməsi ilə ölkədə əkinəyararlı torpaq sahələri bir az da artacaq. “Yəni, əlavə 30 min hektara yaxın əkinəyararlı torpaq sahələri əldə etmək və orada məhsul becərmək olacaq”.

Kamil HƏMZƏOĞLU

 





19.09.2015    çap et  çap et